Bakı. 21 iyul. REPORT.AZ/ Naxçıvan şəhər sakini 59 yaşlı Vəli Novruzov və Bakı şəhər sakini Məmməd Əliyev hüquq-mühafizə orqanlarına müraciət edərək dələduzluqla üzləşdiklərini bildirib.
“Report”un xəbərinə görə, onlar ərizələrində qeyd ediblər ki, 2014-cü ilin fevral ayından 2015-ci ilin noyabr ayınadək onlara məxsus AZ-UK (Azərbaycan-Böyük Britaniya) dəmir alqı-satqısı şirkətində satış üzrə meneceri 61 yaşlı Seyfəddin Hüseynov 1 milyon 592 min manat dəyərində məmulatları sataraq pulunu mənimsəyib.
Faktla bağlı araşdırma aparılır.