“AXA MBASK” “General-Auto-Company”ni məhkəməyə verib

“AXA MBASK” “General-Auto-Company”ni məhkəməyə verib 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib
Hadisə
14 Oktyabr , 2015 09:59
“AXA MBASK” “General-Auto-Company”ni məhkəməyə verib

Bakı. 14 oktyabr. REPORT.AZ/ "AXA MBASK" sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti (ASC) "General-Auto-Company" firmasını məhkəməyə verib.

“Report”un məlumatına görə, ASC subroqasiya qaydasında pulun ödənilməsi barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib.

"General-Auto-Company" qərardan apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, "AXA MBASK" sığorta şirkəti 1992-ci ildən fəaliyyətə başlayıb və müstəqil Azərbaycanın ilk özəl sığorta şirkətlərindən biridir. 

"General-Auto-Company" firması isə 1908-ci ildə ABŞ-da yaradılan "General Company" şirkətinin Azərbaycandakı distribütorudur.

Son xəbərlər

Orphus sistemi