Ağstafada qəbiristanlıqdan oğurluq olub - FOTO

Ağstafada qəbiristanlıqdan oğurluq olub - FOTO Bir məzarın ətrafından 10 metr uzunluğunda dəmir hasar aparılıb
Hadisə
16 İyun , 2016 20:37
Ağstafada qəbiristanlıqdan oğurluq olub - FOTO

Ağstafa. 16 iyun. REPORT.AZ/ Ağstafada qəbiristanlıqdan oğurluq olub. 

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində baş verib. 

Belə ki, gecə saatlarında kənd qəbiristanlığına daxil olan şəxs və ya şəxslər Vidadi Yolçuyevin məzarının ətrafından 10 metr uzunluğunda dəmir hasar aparıblar. Mərhumun övladı Amil Yolçuyev səhər saatlarında qəbiristanlığa gəldiyi zaman məzarın ətrafının boş olduğunu görüb. 

Zərərçəkən Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən kənd qəbiristanlığından oğurluğun baş verməsini ərazidə gözətçilərin olmaması ilə əlaqələndirib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi