​Ağdaşda inzibati binada yanğın olub, 2 nəfər xilas edilib

​Ağdaşda inzibati binada yanğın olub, 2 nəfər xilas edilib Hadisə gecə saatlarında baş verib
Hadisə
22 İyun , 2016 04:08
​Ağdaşda inzibati binada yanğın olub, 2 nəfər xilas edilib

Bakı. 22 iyun. REPORT.AZ/ Gecə saatlarında Ağdaş şəhərində ikimərtəbəli inzibati binada yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə 2 ədəd çarpayı yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər xilas edilib. Yanğın saat 00:34-də söndürülüb.

Son xəbərlər

Orphus sistemi