Bakı. 8 fevral. REPORT.AZ/ Axşam saatlarında Ağdaş şəhərində vətəndaşa məxsus birmərtəbəli 4 otaqlı evin 1 otağında ev əşyaları yanıb.
“Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.