​Ağdamda kabel oğurluğu ilə məşğul olan dəstə tutulub

​Ağdamda kabel oğurluğu ilə məşğul olan dəstə tutulub Dəstə hökumətə 500 manata yaxın ziyan vurub
Hadisə
23 Fevral , 2016 23:46
​Ağdamda kabel oğurluğu ilə məşğul olan dəstə tutulub

Bakı. 23 fevral. REPORT.AZ/ Ağdam rayonunda Mexaniki Suvarma İdarəsinin balansında olan supartezan quyularına məxsus elektrik kabellərini oğurlayan şəxslər yaxalanıb.

"Report" xəbər verir ki, bu barədə Ağdam rayon Polis şöbəsinin müstəntiqi Orxan İsmayılov məlumat verib.

Onun sözlərinə görə, dəstə polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçib.

İstintaq müəyyən edib ki, Əzizov Səyyad Kamran oğlu yaxın qohumu və dostu İsmayılov Amid Hümbət oğlu ilə qabaqcadan əlbir olaraq rayonun Eyvazlı , Üçoğlan, İmamqulubəyli və Kəlbahhüseynli kəndlərində 6 ədəd supartezan quyusunun güc kabellərini gizli yolla oğurlayıblar. İdarəyə ümumilikdə 455 manat məbləğində ziyan dəyib.

Faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi