Yuxarı

​Ağdamda kabel oğurluğu ilə məşğul olan dəstə tutulub

Dəstə hökumətə 500 manata yaxın ziyan vurub

Bakı. 23 fevral. REPORT.AZ/ Ağdam rayonunda Mexaniki Suvarma İdarəsinin balansında olan supartezan quyularına məxsus elektrik kabellərini oğurlayan şəxslər yaxalanıb.

"Report" xəbər verir ki, bu barədə Ağdam rayon Polis şöbəsinin müstəntiqi Orxan İsmayılov məlumat verib.

Onun sözlərinə görə, dəstə polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçib.

İstintaq müəyyən edib ki, Əzizov Səyyad Kamran oğlu yaxın qohumu və dostu İsmayılov Amid Hümbət oğlu ilə qabaqcadan əlbir olaraq rayonun Eyvazlı , Üçoğlan, İmamqulubəyli və Kəlbahhüseynli kəndlərində 6 ədəd supartezan quyusunun güc kabellərini gizli yolla oğurlayıblar. İdarəyə ümumilikdə 455 manat məbləğində ziyan dəyib.

Faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə cinayət işi açılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi