​Ağcabədidən keçən Qar-Qar çayında top mərmisinin ballistik qapağı aşkar olunub

​Ağcabədidən keçən Qar-Qar çayında top mərmisinin ballistik qapağı aşkar olunub Mərmi götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb
Hadisə
24 İyul , 2016 13:40
​Ağcabədidən keçən Qar-Qar çayında top mərmisinin ballistik qapağı aşkar olunub

Bakı. 24 iyul. REPORT.AZ/ Ağcabədi rayonu Qiyaməddinli kəndi ərazisindən keçən Qar-Qar çayında partlamamış mərmi aşkar olunub.

"Report" xəbər verir ki, bu barədə ANAMA-nın “102” Xidməti-Zəng mərkəzi sisteminə məlumat daxil olub.

Məlumatlara əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Mütəxəssislər tərəfindən həmin əraziyə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd partlamış top mərmisinin ballistik qapağı götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Sursatın ətrafında 3 000 kv.m əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

Son xəbərlər

Orphus sistemi