Bakı. 24 iyul. REPORT.AZ/ Ağcabədi rayonu Qiyaməddinli kəndi ərazisindən keçən Qar-Qar çayında partlamamış mərmi aşkar olunub.
"Report" xəbər verir ki, bu barədə ANAMA-nın “102” Xidməti-Zəng mərkəzi sisteminə məlumat daxil olub.
Məlumatlara əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Mütəxəssislər tərəfindən həmin əraziyə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd partlamış top mərmisinin ballistik qapağı götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Sursatın ətrafında 3 000 kv.m əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.