Bakı. 17 sentyabr. REPORT.AZ/ Ağcabədidə bir nəfəri fermada elektrik cərəyanı vuraraq öldürüb.
“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, sentyabrın 16-da Ağcabədi şəhər sakini Arif Azadovu Ağgöl adlanan ərazidə yerləşən fermasında elektrik cərəyanı vurub. A.Azadov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.