Abşeronda baş verən qətlin təfərrüatı məlum olub - FOTO

Abşeronda baş verən qətlin təfərrüatı məlum olub - FOTO "Vinçester" markalı silahdan üç dəfə atəş açılıb
Hadisə
12 Oktyabr , 2016 13:53
Abşeronda baş verən qətlin təfərrüatı məlum olub - FOTO

Bakı. 12 oktyabr. REPORT.AZ/ Abşeron rayonunun Qobu qəsəbəsində baş verən qətlin bəzi təfərrüatı məlum olub.

"Report"un məlumatına görə, 1975-ci il təvvəlüdlü Abbasov Rövşən Rafiq oğlunu "Vinçester" markalı silahla qətlə yetirən 25 yaşlı Tural Zakir oğlu Əlizadə istintaqa ifadəsində bildirib ki, R.Abbasovla əvvəlcədən ədavəti olub.

Onlar "söhbət etmək" üçün kafedə görüşüb.

Kafedən çıxdıqdan sonra sözləri yenidən çəp gəlib. Bu zaman T.Əlizadə "Vinçester" markalı silahdan əvvəlcə havaya atəş açıb. Daha sonra T.Əlizadə R.Abbasovun ayağını güllə ilə yaralayıb.

O, üçüncü gülləni R.Abbasovun ürək nahiyəsinə vurub.

T.Əlizadə cinayət məsuliyyətinə cəlb edilib, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi