​Abşeronda bağlı qapı arxasında qalan şəxs xilas edilib

​Abşeronda bağlı qapı arxasında qalan şəxs xilas edilib Hadisə Xırdalan şəhərində qeydə alınıb
Hadisə
1 Mart , 2015 17:49
​Abşeronda bağlı qapı arxasında qalan şəxs xilas edilib

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün saat 14:00 radələrində Abşeron rayonunun Xırdalan şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, FHN xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin qapısını açaraq vətəndaşı xilas ediblər.

Son xəbərlər

Orphus sistemi