Yuxarı

​Abşeronda bağlı qapı arxasında qalan şəxs xilas edilib

Hadisə Xırdalan şəhərində qeydə alınıb

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün saat 14:00 radələrində Abşeron rayonunun Xırdalan şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, FHN xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin qapısını açaraq vətəndaşı xilas ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi