Abşeron rayonunda 5 orta məktəbdən oğurluq edilib

Abşeron rayonunda 5 orta məktəbdən oğurluq edilib Oğurluqda şübhəli bilinən şəxslər tutulub
Hadisə
4 Mart , 2016 13:05
Abşeron rayonunda 5 orta məktəbdən oğurluq edilib

Bakı. 4 mart. REPORT.AZ/ Abşeron rayonunda 5 orta məktəbdən oğurluq edilib.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat byyaıb.

Məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də və 2-də Xırdalan şəhərində yerləşən 2 saylı orta məktəbdən 2500 manat və mobil telefon, 1 saylı orta məktəbdən 580 manat, Masazır qəsəbəsində yerləşən 1 saylı orta məktəbdən kompüter, qəsəbədə yerləşən Laçın rayonunun Çıraqlı kənd orta məktəbdəki seyfdən 700 manat və 2 saylı orta məktəbin inzibati binasından 2 ədəd kompüter oğurlamış Masazır qəsəbə sakinləri Mülkədar Rəhimov, Əkbər Kərimov və Namiq Həsənli tutulublar.

Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi