ABŞ-ın Kaliforniya ştatında təyyarə qəzası baş verib

ABŞ-ın Kaliforniya ştatında təyyarə qəzası baş verib Yüngülmotorlu təyyarə iki mərtəbəli yaşayış evinin üzərinə düşüb
Hadisə
11 İyun , 2016 05:20
ABŞ-ın Kaliforniya ştatında təyyarə qəzası baş verib

Bakı. 11 iyun. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında təyyarə qəzası baş verib. 

"Report" xəbər verir ki, bu barədə "ABC" telekanalı xəbər yayıb. Məlumata görə, hadisə Hotorn şəhərində baş verib. 

Yüngülmotorlu təyyarə iki mərtəbəli yaşayış evinin üzərinə düşüb. Nəticədə yanğın baş verib. 

Qəza nəticəsində təyyarənin göyərtəsində olan 2 nəfər həlak olub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.  

Son xəbərlər

Orphus sistemi