35 yaşlı azərbaycanlı Rusiyada axtarışa verilib - FOTO

35 yaşlı azərbaycanlı Rusiyada axtarışa verilib - FOTO O, internet vasitəsilə narkotik maddə satmaqda şübhəli bilinir
Hadisə
2 Mart , 2016 07:45
35 yaşlı azərbaycanlı Rusiyada axtarışa verilib - FOTO

Bakı. 2 mart. REPORT.AZ/ Rusiyanın Ulyanovsk vilayətində Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi üzrə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən azərbaycanlı axtarılır.

"Report" xəbər verir ki, 1981-ci il təvəllüdlü Ələkbərov Rüstəm Oqtay oğlu internet vasitəsilə narkotik maddələrin qanunsuz satışında təqsirli bilinir.

Əslən Bakıdan olan Rusiya vətəndaşı Dimitrovqrad şəhəri, Zapadnaya küçəsi, 20-612b ünvanında qeydiyyatdadır.

Son xəbərlər

Orphus sistemi