Yuxarı

35 yaşlı azərbaycanlı Rusiyada axtarışa verilib - FOTO

O, internet vasitəsilə narkotik maddə satmaqda şübhəli bilinir

Bakı. 2 mart. REPORT.AZ/ Rusiyanın Ulyanovsk vilayətində Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi üzrə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən azərbaycanlı axtarılır.

"Report" xəbər verir ki, 1981-ci il təvəllüdlü Ələkbərov Rüstəm Oqtay oğlu internet vasitəsilə narkotik maddələrin qanunsuz satışında təqsirli bilinir.

Əslən Bakıdan olan Rusiya vətəndaşı Dimitrovqrad şəhəri, Zapadnaya küçəsi, 20-612b ünvanında qeydiyyatdadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi