Bakı. 7 may. REPORT.AZ/ Hollandiyanın "Ayaks" futbol klubu yeni mövsümün ilk transferini reallaşdırıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Hollandiya çempionatında mübarizə aparan "Alkmaar"ın şərəfini qoruyan Nemanya Qudel "Ayaks"la 5 illik müqavilə imzalayıb.
23 yaşlı serbiyalı yarımmüdafiəçinin müqaviləsi iyulun 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Nemanya Qudel "Breda" klubunun da formasını geyinib. Futbolçu Serbiya millisinin üzvüdür.