​Vaqif Sadıqov: "Həm "Xəzər Lənkəran"ı, həm də "İnter"i qorumalıyıq"

​Vaqif Sadıqov: "Həm "Xəzər Lənkəran"ı, həm də "İnter"i qorumalıyıq" Prmeyer Liqada komandaların sayının artırılması təklif olunub
Futbol
16 Dekabr , 2015 14:54
​Vaqif Sadıqov: Həm Xəzər Lənkəranı, həm də İnteri qorumalıyıq

Bakı. 16 dekabr. REPORT.AZ/ Bir neçə gün əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov, texniki direktor Bernhard Lippert, milli komandanın baş məşqçisi Robert Prosineçki, Məşqçilər Komitəsinin üzvləri və Azərbaycan Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri ilə keçirilmiş görüşdə çempionatda çıxış edən komandalarının sayının artırılması təklif olunub. Bu barədə "Report"a Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.

O, bildirib ki, təklif "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov tərəfindən irəli sürülüb. Lakin məsələ elə orada dondurulub: "İclasda bildirildi ki, hazırda Premyer Liqada olan komandaları saxlamaq lazımdır. Həm "Xəzər Lənkəran", həm də "İnter"i qorumalıyıq. Hər ikisi köklü klubdur. Mövsüm sonuna qədər onları qorumaq lazımdır. Yəni hazırkı Premyer Liqanı qorumaq vacib bilinib".

Komitə sədri qeyd edib ki, daha bir neçə klubun da vəziyyətinin ağır olması səbəbindən komandaların sayının artırılması məsələsi hələlik gündəmdə deyil.

Son xəbərlər

Orphus sistemi