"Traktorsazi" portuqaliyalı baş məşqçi ilə müqavilə müddətini artırıb

"Traktorsazi" portuqaliyalı baş məşqçi ilə müqavilə müddətini artırıb Toni Oliveyra 2012-ci ilin iyulundan bu klubda çalışmağa başlayıb
Futbol
10 Fevral , 2015 16:31
Traktorsazi portuqaliyalı baş məşqçi ilə müqavilə müddətini artırıb

Bakı. 10 fevral. REPORT.AZ/ İranın "Traktorsazi" klubu baş məşqçisi Toni Oliveyra ilə müqavilə müddətini artırıb. 

"Report"un məlumatına görə, tərəflər 1,5 illik müqaviləyə imza atacaq.

Portuqaliyalı mütəxəssislə müqavilənin artırılması barədə klub tərəfindən rəsmi açıqlamanın bir neçə gün ərzində verilməsi gözlənilir.

Qeyd edək ki, Toni Oliveyra 2012-ci ilin iyulundan "Traktorsazi"də çalışmağa başlayıb. 2013-cü ildə klubla yollarını ayıran portuqaliyalı baş məşqçi bir müddətdən sonra yenidən sabiq komandasına qayıdıb.

Son xəbərlər

Orphus sistemi