​Tahir Gözəl: Ürəyi "Qarabağ"la döyünən hər kəsi təbrik edirəm

​Tahir Gözəl: Ürəyi "Qarabağ"la döyünən hər kəsi təbrik edirəm "Young Boys"da üç il əvvəlki məğlubiyyətin revanşını götürdük"
Futbol
27 Avqust , 2015 23:56
​Tahir Gözəl: Ürəyi Qarabağla döyünən hər kəsi təbrik edirəm

Bakı. 27 Avqust. REPORT.AZ/ "Ürəyi "Qarabağ"la döyünən hər kəsi təbrik edirəm. "Young Boys" klubundan üç il əvvəlki məğlubiyyətin revanşını götürdük".

"Report" xəbər verir ki, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Ağdam klubunun İsveçrənin "Young Boys" klubunu məğlub edərək Avropa Liqasının final mərhələsinə çıxmasına münasibət bildirərkən deyib.

Klubun yaxşı formalaşdığını bildirən T.Gözəl, hazırda heç bir transfer gözlənilmədiyini diqqətə çatdırıb. O, AFFA prezidenti Rövnəq Abdullayevin futbolçulara vəd etdiyi mükafatdan əlavə, klubun onlar üçün nəzərdə tutduğu standart mükafatın olduğunu qeyd edib.

Vitse-prezident sonda "Qəbələ" klubunun oyununa da münasibət bildirib:

" "Qəbələ"ni Yunanıstanda çətin oyun gözləyir. İnşaallah ordan da xoş xəbər gələr".

Son xəbərlər

Orphus sistemi