Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinə azərbaycanlı üzv seçilib

Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinə azərbaycanlı üzv seçilib 38 yaşlı funksioner idarəedici orqanda ilk dəfə təmsil olunacaq
Futbol
24 Sentyabr , 2016 14:18
Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinə azərbaycanlı üzv seçilib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Rusiya Futbol İttifaqı (RFS) İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib. 

"Report"un məlumatına görə, seçki qurumun növbədənkənar konfransı çərçivəsində gerçəkləşib.

21 üzv arasında Rusiya Mini-Futbol Assosiasiyasının əslən azərbaycanlı prezidenti Emil Əliyev də var. 38 yaşlı funksioner idarəedici orqana ilk dəfə seçilib.

E.Əliyev 1978-ci ildə Bakıda anadan olub. O, 2011-ci ildə Rusiya Federasiya Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasını başa vurub və elə həmin ilin 3 avqustunda Rusiya Mini-Futbol Assosiasiyasının prezidenti seçilib.

Qeyd edək ki, İcraiyyə Komitəsinə sədri RFS-ə yenidən prezident seçilən Vitali Mutko olacaq. Nikita Simonyan I vitse-prezident, Sergey Pryadkin və Anatoli Turçak vitse-prezident, Aleksandr Mirzoyan V.Mutkonun müşaviri vəzifəsində çalışacaq. Əvvəllər RFS İcraiyyə Komitəsinin tərkibinə 33 nəfər daxil idi.  

Son xəbərlər

Orphus sistemi