Ronaldunun təyyarəsi qəzaya düşüb

Ronaldunun təyyarəsi qəzaya düşüb Hava gəmisinə nəzərəçarpacaq zərər dəyib
Futbol
29 Sentyabr , 2016 15:54
Ronaldunun təyyarəsi qəzaya düşüb

Bakı. 29 sentyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldunun təyyarəsi qəzaya uğrayıb. "Report"un məlumatına görə, hadisə "Gulfstream G200" markalı təyyərə Barselonanın "El Prat" hava limanına enərkən baş verib. 

Hava gəmisinə nəzərəçarpacaq zərər dəyib. Baş verənlərə şassinin lazımi səviyyədə işləməməsi səbəb olub. Göyərtədə olan sərnişinlər xəsarət almayıblar. Hadisə vaxtı Ronaldunun özü təyyarədə olmayıb. 

Son xəbərlər

Orphus sistemi