"Qarabağ" AFFA İcraiyyə Komitəsinə Qurban Qurbanovun namizədliyini irəli sürüb

"Qarabağ" AFFA İcraiyyə Komitəsinə Qurban Qurbanovun namizədliyini irəli sürüb Klub açıqlama yayıb
Futbol
25 Fevral , 2016 15:27
Qarabağ AFFA İcraiyyə Komitəsinə Qurban Qurbanovun namizədliyini irəli sürüb

Bakı. 25 fevral. REPORT.AZ/ "Qarabağ" klubu martın 11-də AFFA-nın İcraiyyə Komitəsinə keçiriləcək seçkilərə öz namizədini müəyyənləşdirib. "Report"un klubun saytına istinadən verdiyi məlumata görə, bu, komandanın baş məşqçisi Qurban Qurbanovdur. 

Klubun yaydığı açıqlamada deyilir: "Klubumuz Azərbaycan futboluna həm futbolçu, həm də baş məşqçi kimi çox böyük töhvələr vermiş və daha da böyük uğurlar qazanacağına inandığımız baş məşqçi Qurban Qurbanovun ölkə futbolu üçün səmərəli olacağını düşünərək İcraiyyə Komitəsinə namizədliyini irəli sürüb".

Son xəbərlər

Orphus sistemi