Bakı. 15 fevral. REPORT.AZ/ Fevralın 14-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun iki oyunu keçirilib.
"Report" xəbər verir ki, "Qəbələ" "Sumqayıt" üzərində mühüm qələbə qazanıb.
Oyunda "Qəbələ"yə 3 xal qazandıran qol matçın 69-cu dəqiqəsində vurulub. Ermin Zets adını tabloya yazdırıb.
Digər qarşılaşmada "Qarabağ" "Kəpəz"i yenib.
Azərbaycan Premyer Liqası, XXI tur
"Qəbələ" - "Sumqayıt" - 1-0
Qol: Ermin Zets, 69 [1-0]
"Kəpəz" - "Qarabağ" - 1-2
Qollar: Rəşad Sadıqov, 9' [0-1], Namiq Ələsgərov, 45 ' [1-1], Əfran İsmayılov, 83' [1-2].