"Qəbələ"nin vitse-prezidenti: "Cavid Hüseynov əvvəlki formasını bərpa etməlidir"

"Qəbələ"nin vitse-prezidenti: "Cavid Hüseynov əvvəlki formasını bərpa etməlidir" Rəsmi qərar verildikdən sonra bu barədə ictimaiyyətə ətraflı açıqlama veriləcək
Futbol
15 Oktyabr , 2016 16:15
Qəbələnin vitse-prezidenti: Cavid Hüseynov əvvəlki formasını bərpa etməlidir

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Məsələnin mənəvi tərəfi Cavidə aiddir. O, ilk olaraq psixoloji gərginliyi öz üzərindən atmalıdır". Bunu "Report"a açıqlamasında "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov komandanın həbsdən azad edilmiş sabiq üzvü Cavid Hüseynov haqda deyib.

Klub rəsmisi onun yenidən komandaya cəlb olunacağı ilə bağlı bunları bildirib: "İlk olaraq Cavid əvvəlki formasını bərpa etməlidir. Üstəlik bir məsələ də var ki, bunu klub rəhbərliyi ilə danışmalıyıq. Rəsmi qərar verildikdən sonra bu barədə ictimaiyyətə ətraflı açıqlama veriləcək".

Son xəbərlər

Orphus sistemi