"Qarabağ" və "Qəbələ" klubları Avropa Liqasında qrup mərhələsinə düşmək üçün oynayacaqlar

"Qarabağ" və "Qəbələ" klubları Avropa Liqasında qrup mərhələsinə düşmək üçün oynayacaqlar "Qəbələ" səfərdə, "Qarabağ" isə Bakıda mübarizə aparacaq
Futbol
25 Avqust , 2016 06:15
Qarabağ və Qəbələ klubları Avropa Liqasında qrup mərhələsinə düşmək üçün oynayacaqlar

Bakı. 25 avqust. REPORT.AZ/ Bu gün "Qarabağ" və "Qəbələ" klubları Avropa Liqasının "pley-off" mərhələsində cavab oyunlarını keçirəcək. "Report"un məlumatına görə, "Qarabağ" Bakıda, "Qəbələ" isə Sloveniyada mübarizə aparacaq.

İsveçdə keçirilmiş ilk görüşdə "Göteborq"a minimal hesabla məğlub olan "Qarabağ" adını qrup mərhələsinə yazdırmaq üçün ən azı qapısından qol buraxmamaqla 2 top vurmalıdır. Evdə qol buraxmaq Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın işini daha da çətinə salacaq.

"Qəbələ" isə "Maribor"la oyuna üstün tərəf kimi çıxacaq. Bakıda baş tutmuş ilk görüşdə 3:1 hesablı qələbə qazanan Roman Qriqorçukun rəhbərlik etdiyi komanda heç-heçə və bir top fərqi ilə məğlub olsa belə adını ardıcıl ikinci mövsüm Avropa Liqasının qrupuna yazdıracaq.

Avropa Liqası, "pley-off" mərhələsi, cavab oyunları

20:30. "Qarabağ" (Azərbaycan) - "Göteborq" (İsveç)

Baş hakim: Vladislav Bezborodov

Yan xətt hakimləri: Valeri Dançenko, Maksim Qavrilin

Dördüncü hakim: Kiril Levnikov (hamısı Rusiya)

UEFA nümayəndəsi: Maykl Tomas Ross (Şimali İrlandiya)

Hakim-inspektor: Coni Vanspauen (Belçika)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun - 0:1

22:15. "Maribor" (Sloveniya) – "Qəbələ" (Azərbaycan)

Baş hakim: Viktor Kaşşai

Baş hakimin köməkçiləri: Qyorgi Rinq, Vençel Tot

Dördüncü hakim: Tamaş Boqnar (hamısı Macarıstan)

Hakim-inspektor: İqor İsçenko (Ukrayna)

UEFA nümayəndəsi: Kris Bonett (Malta)

Maribor. "Lyusdki Vrt" srtadionu

İlk oyun - 1:3

Son xəbərlər

Orphus sistemi