"Qarabağ" - PAOK oyununa 5 000 bilet satılıb

"Qarabağ" - PAOK oyununa 5 000 bilet satılıb Bu barədə klubdan məlumat verilib
Futbol
18 Oktyabr , 2016 12:06
Qarabağ - PAOK oyununa 5 000 bilet satılıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" və Yunanıstan PAOK-u arasında Bakıda keçiriləcək oyun üçün 5 000 bilet satılıb. 

Bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, son günlər Bakıda havanın yağışlı olması bilet alışına mənfi təsir edib. Lakin biletlər əsasən oyun günü alındığından klub bu rəqəmin daha da artacağını gözləyir.

Qeyd edək ki, oktyabrın 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - PAOK oyunu saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi