“Qarabağ” komandası AZAL-ı məğlub edərək liderliyini möhkəmləndirib

“Qarabağ” komandası AZAL-ı məğlub edərək liderliyini möhkəmləndirib Suraxanı qəsəbə stadionunda keçirilən oyunu baş hakim İnqilab Məmmədov idarə edib
Futbol
31 Oktyabr , 2015 21:27
“Qarabağ” komandası AZAL-ı məğlub edərək liderliyini möhkəmləndirib

Bakı. 01 noyabr. REPORT.AZ/ Oktyabrın 31-də futbol üzrə Topaz Premyer Liqasının XI turunda çempionatın lideri “Qarabağ” komandası AZAL kollektivini 2:0 hesabı ilə məğlub edib.

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən oyunu baş hakim İnqilab Məmmədov idarə edib.

Ağdamlıların üstünlüyü şəraitində keçən matçın ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra hücumlarını artıran ağdamlılar nəhayət istəklərinə çatıblar. Oyunun 49-cu dəqiqəsində Əfran İsmayılov komandasını hesabda irəli çıxarıb. Oyunun əsas vaxtına əlavə edilən hissənin ikinci dəqiqəsində isə Raydell Pupon “Qarabağ”ın ikinci qolunu AZAL-ın qapısından keçirib.

Beləliklə, oyunda 2:0 hesabı ilə qalib gələn ağdamlılar xallarının sayını 26-ya çatdıraraq liderliyi möhkəmləndiriblər. AZAL isə 8 xalla doqquzuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçirilən “Qəbələ”-“Kəpəz” qarşılaşmasının baş hakimi Əliyar Ağayev dumanlı hava şəraiti ilə əlaqədar 29-cu dəqiqədə oyunu yarımçıq saxlayıb. Qarşılaşmada qalan dəqiqələrin oynanılmasına noyabrın 1-də saat 20:00-da başlanacaq. Xatırladaq ki, oyunun 2-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Aleksandr Sitnik hesabı açmışdı.

Son xəbərlər

Orphus sistemi