​“Qarabağ – “Dnepr” oyununun biletləri satışa çıxarılıb

​“Qarabağ – “Dnepr” oyununun biletləri satışa çıxarılıb Qarşılaşmaya ən ucuz biletin qiyməti 1 manatdır
Futbol
3 Noyabr , 2014 10:21
​“Qarabağ – “Dnepr” oyununun biletləri satışa çıxarılıb
Bakı. 3 noyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edən “Qarabağ” (Ağdam) klubu noyabrın 6-da Ukraynanın “Dnepr” komandası ilə keçiriləcək ev oyunu üçün biletləri satışa çıxarıb. “Report”un məlumatına görə, biletləri bu gündən etibarən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkün olacaq.

Qarşılaşmaya ən ucuz bilet 1, ən baha bilet isə 10 manata satılır.

Qeyd edək ki, qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Dnepr” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi