​"Qarabağ" Çempionlar Liqasında növbəti oyununu keçirəcək

​"Qarabağ" Çempionlar Liqasında növbəti oyununu keçirəcək Rəqib Çexiya klubudur
Futbol
2 Avqust , 2016 11:56
​Qarabağ Çempionlar Liqasında növbəti oyununu keçirəcək

Bakı. 2 avqust. REPORT.AZ/ Bu gün "Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxacaq. "Report"un məlumatına görə, rəqib Çexiyanın "Viktoriya" klubu olacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qələbə qazanarsa, tarixində ilk dəfə ən nüfuzlu qitə turnirinin pley-off mərhələsinə yüksələcək. "Köhlən atlar" bu mərhələni də keçəcəyi təqdirdə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq. Əks halda, komanda Avropa Liqasının qrupunda oynayacaq.

"Qarabağ" Çexiya təmsilçisini məğlub edə bilmədiyi təqdirdə isə Avropa Liqasının pley-off-unda mübarizəyə davam edəcək.

"Viktoriya" ilə ilk oyun 0:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qaşrılaşma saat 20:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi