Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanlı Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.
"Report" xəbər verir ki, həmyerlimiz noyabrın 26-da UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində, Sankt-Peterburqda keçiriləcək "Zenit" (Rusiya) - "Benfika" (Portuqaliya) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.
Matça baş hakim qismində 2014-cü il Dünya çempionatının finalında Almaniya və Argentina qarşılaşmasını (1:0) idarə edən italiyalı referi Nikola Rizzoli təyin olunub.