​Orxan Hüseynzadə "Zenit" - "Benfika" matçında UEFA nümayəndəsi olacaq

​Orxan Hüseynzadə "Zenit" - "Benfika" matçında UEFA nümayəndəsi olacaq Matçın baş hakimi Dünya çempionatı-2014-ün finalını idarə edən Nikola Rizzolidir
Futbol
25 Noyabr , 2014 03:06
​Orxan Hüseynzadə Zenit - Benfika matçında UEFA nümayəndəsi olacaq

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanlı Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.

"Report" xəbər verir ki, həmyerlimiz noyabrın 26-da UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində, Sankt-Peterburqda keçiriləcək "Zenit" (Rusiya) - "Benfika" (Portuqaliya) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.

Matça baş hakim qismində 2014-cü il Dünya çempionatının finalında Almaniya və Argentina qarşılaşmasını (1:0) idarə edən italiyalı referi Nikola Rizzoli təyin olunub.

Son xəbərlər

Orphus sistemi