​"Neftçi" - "Xəzər Lənkəran" oyununda 3 futbolçu iştirak etməyəcək

​"Neftçi" - "Xəzər Lənkəran" oyununda 3 futbolçu iştirak etməyəcək "Neftçi"nin 2 futbolçusu meydana çıxmayacaq
Futbol
8 Fevral , 2016 13:59
​Neftçi - Xəzər Lənkəran oyununda 3 futbolçu iştirak etməyəcək

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XXI turunda "Neftçi" Bakıda "Xəzər Lənkəran"ı qəbul edəcək. "Report"un məlumatına görə, hər iki komanda bu görüşə itkilərlə çıxacaq.

Meydan sahiblərinin heyətində Jairo Rodriges qırmızı vərəqə, Ruslan Qurbanov isə sarı vərəqə cəzalısı olduğundan görüşü tribunadan izləyəcək. Zədəli olan müdafiəçi Məqsəd İsayevin durumuna isə bir neçə günə aydınlıq gələcək.

"Xəzər Lənkəran"da isə XX turda "Qarabağ"la oyunda qırmızı vərəqə alan Ruslan Cəfərov meydanda olmayacaq. Fevralın 7-də keçirilmiş matçda iki sarı vərəqə alan R.Cəfərov barəsində əyalət təmsilçisi AFFA Apellyasiya Komitəsinə şikayət məktubu ünvanlayıb. Komitə cəzanı ləğv edəcəyi təqdirdə, 23 yaşlı müdafiəçi əzəli rəqibə qarşı forma geyinə biləcək.

Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" oyunu fevralın 13-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi