"Neftçi"nin veteran futbolçusu dəfn olunub
Futbol
- 09 yanvar, 2016
- 14:06
Bakı. 8 yanvar. REPORT.AZ/ “Neftçi”nin dünyasını dəyişən veteran futbolçusu Valeri Hacıyev bu gün son mənzilə yola salınıb. "Report"un məlumatına görə, dəfn mərasimi Bakıxanov qəsəbə qəbiristanlığında keçirilib.
Mərasimə AFFA rəhbərliyi, veteran futbolçular və futbol ictimaiyyətinin digər tanınmış simaları ilə yanaşı, "Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev başda olmaqla, klubun rəsmiləri, məşqçi və inzibati heyəti də qatılıb.
Qeyd edək ki, Valeri Hacıyev uzun sürən xəstəlikdən sonra yanvarın 8-də 75 yaşında ikən vəfat edib. V.Hacıyev "Neftçi"nin 1966-cı il SSRİ çempionatında bürünc medal qazanan heyətində yer alıb. O, baş məşqçi kimi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasında çalışıb.
Son xəbərlər
14:48
Foto
Mingəçevirdə I Qarabağ müharibəsinin itkin-şəhidi Şahin Kərimov dəfn edilib - YENİLƏNİB
Daxili siyasət14:46
Gürcüstanın Azərbaycandan yanacaq və sürtkü yağları alışına çəkdiyi xərc 47 % artıb
Energetika14:46
Foto
Lerikdə I Qarabağ müharibəsinin itkin-şəhidi Nail Dənziyev dəfn edilib - YENİLƏNİB
Daxili siyasət14:44
Samuxda başından balta ilə xəsarət alan şəxs xəstəxanada ölüb
Hadisə14:44
Azərbaycana transmilli hücum: Vardanyanın "çirkli" milyardları onu təmizə çıxara bilməyəcək - ŞƏRH
Analitika14:39
Foto
Azərbaycan Serbiyada keçirilən Beynəlxalq Turizm Sərgisində təmsil olunur
Turizm14:35
Salah yayda "Liverpul"dan ayrıla bilər
Futbol14:28
"Arsenal" Premyer Liqa matçında antirekorda imza atıb
Futbol14:24