Bakı. 7 dekabr. REPORT.AZ/ "Neftçi" komandasının futbolçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının XV turunda "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu dəyərləndirib. "Report"un məlumatına görə, 24 yaşlı hücumçu matçın çətin alındığını bildirib.
O, qələbə qazanmasalar da, qol vurduğu üçün sevindiyini dilə gətirib. Forvard artıq bütün fikirlərinin "Qəbələ" ilə növbəti turda keçirəcəkləri oyuna yönəldiyini açıqlayıb: "Qəbələyə yalnız qələbə qazanmaq üçün gedəcəyik".
Qurbanov, həmçinin "Neftçi"nin bütün kollektivi adından Günəşli yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində həyatlarını itirmiş neftçilərin ailələrinə başsağlığı verib. O, bütün Azərbaycan xalqı kimi hadisədən kədərləndiklərini söyləyib.
Qeyd edək ki, "Qəbələ" - "Neftçi" matçı dekabrın 13-də keçiriləcək.