​"Neftçi" "Qarabağ"ı 939 gündən sonra məğlub edə bilib

​"Neftçi" "Qarabağ"ı 939 gündən sonra məğlub edə bilib Flaqman Ağdam təmsilçisi üzərində son ev qələbəsini 1309 gün əvvəl qazanmışdı
Futbol
1 Dekabr , 2015 11:26
​Neftçi Qarabağı 939 gündən sonra məğlub edə bilib

Bakı. 1 dekabr. REPORT.AZ/ "Neftçi" futbol komandası "Qarabağ"la oyunlardakı uğursuz seriyaya son qoyub. "Report"un məlumatına görə, ardıcıl 9 qarşılaşmada Ağdam təmsilçisini məğlub edə bilməyən "ağ-qaralar" prinsipial rəqibini Azərbaycan Premyer Liqasında XIV turun görüşündə 1:0 hesabı ilə yenməyi bacarıb. 

Bakılılar sonuncu dəfə 2012/2013 mövsümünün IV dövrəsində Ağdam klubuna qalib gəlməyi bacarıb. 2013-cü il mayın 4-də səfərdə 2:1 hesabı ilə qələbə qazanan "Neftçi" növbəti uğurunu 939 gün gözləməli olub. Bu müddətdə keçirilən 9 qarşılaşmadan 5-də "Qarabağ" qalib gəlib, 4-də heç-heçə qeydə alınıb. 939 gün əvvəl səfərdə 3 xal əldə edən "Neftçi" "Qarabağ"la oyunlarda son ev qələbəsini 1309 gün əvvəl - 2012-ci il aprelin 29-da qazanıb. 2:1 hesablı həmin uğurdan sonra “ağ-qaralar” öz meydanında cəmi 1 xal əldə edib.

Qeyd edək ki, "Neftçi" ilə oyunlarda 3-cü dəfə 9 oyunluq məğlubiyyətsizlik yaşayan "Qarabağ" bu dəfə də uduzmasaydı, bakılıların antirekordu təkrarlanacaqdı. "Ağ-qaralar"ın eyni rəqiblə qarşılaşmalardakı ən uzun qələbəsiz oyunlar seriyası 10-a bərabərdir.

Son xəbərlər

Orphus sistemi