Muarem Muarem: "Bəlkə nə vaxtsa yenə “Qarabağ”a gələcəm" - MÜSAHİBƏ

Muarem Muarem: "Bəlkə nə vaxtsa yenə “Qarabağ”a gələcəm" - MÜSAHİBƏ Azərbaycan kubokunu başı üzərinə qaldıran "Qarabağ"ın futbolçusu oyundan sonra jurnalistlərin suallarını cavablandırıb
Futbol
4 İyun , 2015 01:13
Muarem Muarem: Bəlkə nə vaxtsa yenə “Qarabağ”a gələcəm - MÜSAHİBƏ

Qəbələ. 4 iyun. REPORT.AZ/ Azərbaycan kubokunun finalında "Neftçi"yə qalib gələrək kuboku başı üzərinə qaldıran "Qarabağ"ın futbolçusu oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir.

Matçla bağlı nə deyə bilərsiniz?

- Bizim üçün önəmli oyun idi. “Neftçi” ilə oyunlar onsuzda bizim üçün çətin keçirdi. Bu mövsüm onlara qarşı bütün oyunlarda çox yaxşı mübarizə apardıq. Allaha şükür ki, kuboku da qazandıq. Bundan yaxşısı ola da bilməz. Üstəlik “Qarabağ” Avropaya gedir.

- Birinci qol ilk dəqiqələrdə gəldi. Bu oyunun taleyini müəyyən qədər həll etdi?

- Mən belə düşünmürəm. Onsuzda “Neftçi” oyunları dediyim kimi çətin keçir. Çempionatda oyununda da “Neftçi”yə qarşı 2:0 qalib gəlirdik, sonradan hesabı bərabərləşdirdilər. Yəni yaxşı oynamışıq. 2:1-dən sonra hardasa narahat idik. Üçüncü qolu vurduqdan sonra isə rahatlaşdıq, hər şey qaydasında düşdü.

- Bu sizin üçün “Qarabağ” formasında son oyunun oldu? Sabah “Əskişəhirspor”a gedəcəksiniz?

- Belə bir şey var. İnşallah sabah oraya gedəcəm. Əgər “Əskişəhirspor”la anlaşsam, orada qalacam. Xeyirlisi olar.

- Qol vurmaq istəyinizin olması da bundan irəli gəlirdi? “Qarabağ”ı qol vuraraq tərk etmək istəyirdiniz?

- Təbii ki. Bu oyuna çox istəkli çıxmışdım. Qol vurmağı çox istəyirdim. Şükür Allaha da vurdum. Ancaq “Qarabağ” formasında son matçım demək istəmirəm. Bəlkə nə vaxtsa yenə “Qarabağ”a gələcəm.

- "Qarabağ” yeni müqavilə təklif etdi?

- Təklif etdi, sadəcə bəzi məqamlar var ki, onlarda ortaq məxrəcə gələ bilmədik. Ancaq onlarla heç bir problemim yoxdu. Onlardan da Allah razı olsun. Üç il “Qarabağ”da oldum və çox yaxşı oyunlar keçirdim. Avropada da yaxşı oyunlar keçirdik, çempionluq və kubok qazandıq. Belə məsləhətmiş.

- “Əskişəhirspor”la müqavilən neçə illik olacaq?

- Hələ bilirəm, gedib danışacam.

- Azərbaycan sizin üçün necə yadda qaldı?

- Hər yerdə bizi çox yaxşı qarşıladılar. İnsanlar hamısı bizə hörmət etdi. Allah hamısınndan razı olsun.

- “Qarabağ”ı tərk etdiyinizə görə üzüntü keçirirsiniz?

- Əlbəttə. Üç ilyarmda buradakı uşaqlarla dostluq münasibətimiz oldu. Heç biri ilə münasibətim pozulmadı. Üzüntü var, ancaq nəticədə mən oyunçuyam. Ora gedərəm, sonra yenidən “Qarabağ”a gələrəm. Bu bəlli olmaz.

Son xəbərlər

Orphus sistemi