​"Monako"nun baş məşqçisi: "Qarabağ"la oyun çətin olacaq"

​"Monako"nun baş məşqçisi: "Qarabağ"la oyun çətin olacaq" "Qarabağ"ın bundan əvvəlki oyunlarını da izləmişəm və güclü komandadır"
Futbol
4 Noyabr , 2015 17:47
​Monakonun baş məşqçisi: Qarabağla oyun çətin olacaq

Bakı. 4 noyabr. REPORT.AZ/ "İlk matçda gördük ki, "Qarabağ"ın mərkəz oyunçuları daha güclüdür. Lakin biz öz oyunumuzu dəyişməyəcəyik". "Report"un məlumatına görə, bunu "Monako" klubunun baş məşqçisi Leonordo Jardim mətbuat konfransında deyib.

O bildirib ki, komanda mübarizəni davam etdirmək üçün ən yaxşı oyunlarını göstərərək qələbə qazanmağa çalışacaq: "Qarabağ"ın bundan əvvəlki oyunlarını da izləmişəm və güclü komandadır. Sabah isə rəqib öz meydanında oynayacaq. Bu səbəbdən oyun bizim üçün çətindir və hədəfimiz yolumuza davam etməkdir".

Baş məşqçi sonda həm Bakının, həm də Monakonun gözəl şəhər olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi