​Moldova yığmasının Bakıdakı ilk məşqi yarımçıq qalıb

​Moldova yığmasının Bakıdakı ilk məşqi yarımçıq qalıb Buna güclü külək səbəb olub
Futbol
16 Noyabr , 2015 14:12
​Moldova yığmasının Bakıdakı ilk məşqi yarımçıq qalıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək Moldova yığmasının Bakı Olimpiya Stadionunun ehtiyat meydançasındakı ilk məşqi yarımçıq qalıb. "Report"un məlumatına görə, buna güclü külək səbəb olub.

Qonaqların məşqi bir saatdan da az davam edib. Nəticədə komanda məskunlaşdığı hotelə qayıtmağa məcbur olub.

Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Moldova qarşılaşması saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi