Maradona Messi ilə Ronaldunu müqayisə edib

Maradona Messi ilə Ronaldunu müqayisə edib "Messinin Ronaldu kimi güclü zərbələri yoxdur"
Futbol
11 May , 2015 09:48
Maradona Messi ilə Ronaldunu müqayisə edib

Bakı. 11 may. REPORT.AZ/ Argentina milli komandasının sabiq kapitanı və baş məşqçisi Dieqo Maradona İspaniya "Real Madrid"inin futbolçusu Kriştianu Ronaldu ilə "Barselona"da çıxış edən həmyerlisi Lionel Messini müqayisə edib. 

"Report"un "Sky Sports"a istinadən verdiyi məlumata görə, Maradona Ronaldunun oyun səviyyəsi baxımından Messiyə uduzmadığını bildirib.

Onun fikrincə, kimin güclü olub-olmadığını mübahisə etməyin yeri yoxdur, hər ikisi eyni səviyyəlidir: "Ronaldu qapı qarşısında yırtıcıdır. Ona heç bir mövqedən zərbə vurmaq imkanı verilməməlidir. Qapıçılar ondan qorxurlar. Lakin onlar Messidən elə də qorxmurlar. Çünki bu futbolçunun elə də güclü zərbəsi yoxdur. Amma məncə, hər ikisi hazırda eyni səviyyədə çıxış edir".

Qeyd edək ki, bu mövsüm Lionel Messi bütün turnirlərdə 53 qola imza atdığı halda, Kriştianu Ronaldu ondan bir qol artıq vurub.

Son xəbərlər

Orphus sistemi