​"Liverpul" klubu Yurgen Kloppla müqavilə müddətini uzadıb

​"Liverpul" klubu Yurgen Kloppla müqavilə müddətini uzadıb İldə 6 milyon funt-sterlinq qazanan baş məşqçinin gəliri 7.5 milyona qaldırılıb
Futbol
8 İyul , 2016 15:34
​Liverpul klubu Yurgen Kloppla müqavilə müddətini uzadıb

Bakı. 8 iyul. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubu baş məşqçi Yurgen Kloppla müqavilə müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər 6 illik müqaviləyə qol çəkiblər.

İldə 6 milyon funt-sterlinq qazanan baş məşqçinin gəliri 7.5 milyona qaldırılıb.

Qeyd edək ki, 2015-ci ildən "Liverpul"da çalışan Y.Kloppun hazırkı müqaviləsi 2018-ci ildə başa çatacaq.

Son xəbərlər

Orphus sistemi