Bakı. 8 iyul. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubu baş məşqçi Yurgen Kloppla müqavilə müddətini uzadıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər 6 illik müqaviləyə qol çəkiblər.
İldə 6 milyon funt-sterlinq qazanan baş məşqçinin gəliri 7.5 milyona qaldırılıb.
Qeyd edək ki, 2015-ci ildən "Liverpul"da çalışan Y.Kloppun hazırkı müqaviləsi 2018-ci ildə başa çatacaq.