Messi İspaniya çempionatının ən yaxşı futbolçusu və hücumçusu sayılıb

Messi İspaniya çempionatının ən yaxşı futbolçusu və hücumçusu sayılıb Kriştianu Ronaldu isə mükafatsız qalıb
Futbol
1 Dekabr , 2015 09:41
Messi İspaniya çempionatının ən yaxşı futbolçusu və hücumçusu sayılıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Futbol üzrə İspaniya La Liqasında 2014-2015 mövsümünün yekunları əsasında laureatlar açıqlanıb. "Report"un məlumatına görə, "Barselona" klubunun və Argentina milli komandasının hücumçusu Lionel Messi ötən mövsümün ən yaxşı futbolçusu sayılıb.

O, həm də ən yaxşı hücumçu adına layiq görülüb. "Barsa"nın digər üzvlərindən Klaudio Bravo ən yaxşı qapıçı, Luis Enrike ən yaxşı baş məşqçi olub. "Real Madrid"dən isə Serxio Ramos ən yaxşı müdafiəçi, Xames Rodriges ən yaxşı yarımmüdafiəçi kimi mükafatlandırılıb. 

Qeyd edək ki, "kral klubu"nun hücumçusu Kriştianu Ronaldu 2014-2015 mövsümündə 48 qolla ən məhsuldar oyunçu, Çempionlar Liqasında isə Lionel Messi və Neymarla birgə 10 qolla şərikli bombardir olsa da, mükafatsız qalıb.  

Son xəbərlər

Orphus sistemi