Bakı. 21 iyul. REPORT.AZ/ Libertadores Kubokunun ilk final oyununda Ekvadorun "İndepentyente del Valye" klubu Kolumbiya "Atletiko Nasyonal"ı ilə heç-heçə edib.
"Report" xəbər verir ki, Ekvadorun paytaxtı Kitoda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Ev sahiblərinin heyətində Arturo Mina (87-ci dəqiqə), kolumbiyalılarda isə Orlando Berria (36) fərqlənib.
Cavab qarşılaşması iyulun 28-də Kolumbiyanın Medelyin şəhərində "Atletiko Nasional"ın meydanında keçiriləcək.