​"Kəpəz" klubu Avropa Liqası üçün sifariş ərizəsini təqdim edib

​"Kəpəz" klubu Avropa Liqası üçün sifariş ərizəsini təqdim edib Heyətdə 22 futbolçu yer alıb
Futbol
21 İyun , 2016 13:06
​Kəpəz klubu Avropa Liqası üçün sifariş ərizəsini təqdim edib

Bakı. 21 iyun. REPORT.AZ/ Gəncənin "Kəpəz" klubu Avropa Liqasının oyunları üçün sifariş ərizəsini təqdim edib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın heyətində 22 oyunçu yer alıb.

Baş məşqçi Şahin Diniyev 3 qapıçı, 7 müdafiəçi, 10 yarımmüdafiəçi və 2 hücumçu sifariş edib. Onlardan 2-si - müdafiəçi Renan da Silva Alves və yarımmüdafiəçi Serjio Manuel Kosta və Karneyro yeni transfer olunan legionerlərdir. 

"Kəpəz"in sifariş ərizəsi:

Qapıçılar: 88.Tadas Simaitis, 1. Eyyub Əliyev, 30. Davud Kərimi

Müdafiəçilər: 18. Tural Axundov, 13. Şəhriyar Rəhimov, 25. Şəhriyar Əliyev, 36. Renan da Silva Alves, 21. Novruz Məmmədov, 15. Azad Kərimov, 23. Tural Nərimanov

Yarımmüdafiəçilər: 5. Kərim Diniyev, 17. Nicat Qurbanov, 10. Dario Frederiko, 77. Serjio Manuel Kosta Karneyro, 7. Vüqar Bəybalayev, 6. Ceyhun Cavadov, 14. Fərid Məmmədov, 99. Əli Səmədov, 80. Tural Rzayev, 19. Orxan Əliyev

Hücumçular: 90. Julien Ebah, 9. Tural Qürbətov

Qeyd edək ki, "Kəpəz" Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Daçiya" klubuna qarşı ilə qarşılaşacaq. Oyunlar iyunun 28-də Bakıda, iyulun 7-də Kişinyovda olacaq. 

Son xəbərlər

Orphus sistemi