Bu gün "Kəpəz" AZAL klubu ilə qarşılaşacaq

Bu gün "Kəpəz" AZAL klubu ilə qarşılaşacaq Gəncədə mövsümə start veriləcək
Futbol
13 Avqust , 2016 09:38
Bu gün Kəpəz AZAL klubu ilə qarşılaşacaq

Bakı. 13 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasında II turun növbəti oyunu keçiriləcək.

"Report"un məlumatına görə, günün yeganə görüşü Gəncədə baş tutacaq.

Yerli "Kəpəz" Bakı təmsilçisi AZAL-ı qəbul edəcək. İlk turda bütün matçların paytaxtda olduğunu nəzərə alsaq, bu, 25-ci çempionatda bölgədə ilk qarşılaşma olacaq. Üstəlik, "Kəpəz" bu yay Avropa Liqasında ev matçlarını Bakıda, "Dalğa Arena"da keçirdiyindən, Gəncədə mövsümə məhz AZAL-la matçla start verəcək.

Hər iki komanda ilk turda 0:2 hesabı ilə uduzub və xal hesabını açmağa çalışacaq.

13 avqust (şənbə)

17:00. "Kəpəz” – AZAL

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Şahin Cəfərov

Gəncə. Şəhər stadionu

Turun ilk görüşündə "Sumqayıt" evində "Qarabağ"a 0:2 hesabı ilə uduzub. "Qəbələ" isə "İnter"lə sülh bağlayıb - 0:0.

Qeyd edək ki, tura avqustun 14-də keçiriləcək "Neftçi" - "Zirə" maçtı ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi