​İtaliya millisinin sabiq üzvü əməliyyat olunub

​İtaliya millisinin sabiq üzvü əməliyyat olunub Luka Toni 8 həftədən sonra yaşıl meydanlara qayıda biləcək
Futbol
25 Sentyabr , 2015 10:05
​İtaliya millisinin sabiq üzvü əməliyyat olunub

Bakı. 25 sentyabr. REPORT.AZ/ İtaliyanın "Verona" klubunun futbolçusu Luka Toninin əməliyyatı uğurla başa çatıb. "Report" klubun saytına istinadən xəbər verir ki, hücumçu sol dizindən əməliyyat olunub.

2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionluğunu qazanan Toni 8 həftədən sonra yaşıl meydanlara qayıda biləcək.

Qeyd edək ki, Luka Toni 2009-cu ilədək İtaliya yığmasının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi