Bakı. 25 sentyabr. REPORT.AZ/ İtaliyanın "Verona" klubunun futbolçusu Luka Toninin əməliyyatı uğurla başa çatıb. "Report" klubun saytına istinadən xəbər verir ki, hücumçu sol dizindən əməliyyat olunub.
2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionluğunu qazanan Toni 8 həftədən sonra yaşıl meydanlara qayıda biləcək.
Qeyd edək ki, Luka Toni 2009-cu ilədək İtaliya yığmasının formasını geyinib.