İspaniyalı futbolçu milli karyerasını bitirəcəyi vaxtı açıqlayıb

İspaniyalı futbolçu milli karyerasını bitirəcəyi vaxtı açıqlayıb Xerar Pike DÇ-2018-dən sonra yığmada çıxış etməyəcək
Futbol
10 Oktyabr , 2016 14:51
İspaniyalı futbolçu milli karyerasını bitirəcəyi vaxtı açıqlayıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ İspaniyalı futbolçu Xerar Pike yığma komandada karyerasını başa vuracağı vaxtı açıqlayıb.

"Report"un "Eurosport"a istinadən verdiyi məlumata görə, X.Pike 2018-ci il dünya çempionatından sonra yığma forması geyinməyəcəyini söyləyib.

"Milli komandada hər şeyimi versəm də, son zamanlarda xoş qarşılanmadım. Baş məşqçimiz Xulen Lopeteginin yeni layihəsi bizi çox həyəcanlandırır. Bizə çox şey verəcək. Bu səbəbdən, dünya çempionatına qədər çıxış edəcəm. Birlikdə başladıq və bir yerdə də davam edəcəyik. Rusiyadakı mundial mənim yığmadakı son turnirim olacaq" - 29 yaşlı müdafiəçi bildirib.

Xatırladaq ki, X.Pike 2009-cu ildən İspaniya yığmasında çıxış edir.

Son xəbərlər

Orphus sistemi